Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin 2-ci komandası "Sportfreunde Lotte" ilə üz-üzə gəlib və 4:1 hesabı ilə qələbə qazanıb. Start heyətində meydana çıxan Rüfət 78-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. “Şalke II” bu nəticədən sonra 27 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.